NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Şeytan yalnız onun hakimiyyətini qəbul edənlərə hakim olur. Elə insanlar ki, onlar (şeytana aldanmaqla) Allaha şərik qoşmuşlar.”
Nöqtələr
Şeytan Allahın qalibiyyətinə and içib ki, öz dəstə və qəbiləsindən yardım almaqla, çirkinliyi gözəl göstərməklə, vədlərlə, təbliğatla, vəsvəsələrlə və azğın adamlarla insanı şikar edəcək. Şeytanın bu hücumları qarşısında insanlar bir neçə dəstəyə bölünürlər:
1. Şeytanın hədəfində olan, amma onun nüfuzu altına düşməyən peyğəmbərlər; yəni şeytan hər hansı peyğəmbərə davamlı təlqin etsə də, Allah onun hiylələrini puça çıxarır.
2. Şeytanın təmasda olduğu, amma bu hiylədən xəbər tutub nicat tapan möminlər.
3. Şeytanın nüfuz edib çaşdırdığı adi insanlar.
4. Düşüncəsi, qəlbi, əzası şeytanın hökmü altında olan, şeytan ruhuna nüfuz edib ayrılmayan fasiq fərdlər.
Bildirişlər
1. Şeytan üçün özümüz müqəddimə hazırlayırıq. (Nə qədər ki, insanlar azğınların hakimiyyətini qəbul etməyib, onların əlindən bir iş gəlməz.)
2. Həqiqi müvəhhidlər (təkallahçılar) sığortalanmışlar. Allahdan qeyrisinin sorağınca gedənlər isə şeytanın nüfuzu altına düşürlər.