NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Əgər bir ayəni o biri ayə ilə dəyişsək, Allah nazil etdiyini daha yaxşı bildiyi halda, müxaliflər deyər: "Həqiqətən, sən yalançısan”. Əslində onların çoxu bilmir (ki, qanun əbəs, peşmanlıq, zəiflik və əyləncə üçün yox, məsləhət haqqında dəyişir.)
Nöqtələr
Bəzən həkim xəstənin halı dəyişdikdə dərman nüsxəsini dəyişir. Bu sayaq dəyişiklik ayə və hökmlərdə də olur. Bu dəyişiklik "nəsx” adlanır. Peyğəmbərin (s) müxalifləri göstərişin dəyişdiyini görən kimi deyirdilər: "Sən ardıcıllarını məsxərəyə qoymusan, hər gün əvvəlki qanunu ləğv edib, yeni bir qanun uydurursan.”
Bildirişlər
1. Dində iki növ qanun var: sabit və dəyişkən. Qanunları dəyişmək Allahın əlindədir.
2. Bütün ilahi qanunlar öz zaman və şəraitində dəyərlidir.
3. Xalq ilahi qanunların sirrini bilmir.
4. İlahi qanunlar şəkk, peşmanlıq, elmi və təcrübi inkişaf, zəiflik səbəbindən dəyişmir. Bunun səbəbi hikmət və şəraitə diqqətdir.
5. Düşmən hər bir fürsətdən sui-istifadə edir, hər şeyi əlində bəhanə tutur.
6. Bir çox tənqid və böhtanların kökü cəhalətdir.