NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"De ki, onu (Quranı) Ruhul-qüdüs (Cəbrail) Rəbbin tərəfindən haqq olaraq, iman gətirənlərin sabitqədəmliyi, müsəlmanlara hidayət və müjdə üçün nazil edib.”
Nöqtələr
"Ruhul-qüdüs” həmin Ruhul-əmin, Cəbraildir. O, xəta və büdrəmədən uzaq olduğu üçün Ruhul-qüdüs adlandırılmışdır.
Bildirişlər
1. Böhtanlara cavab verilməlidir.
2. İlahi ayələr tədricən nazil olmuşdur. Quranın nazil olması ilə bağlı həm "ənzəlna”, həm də "nəzzələhu” təbirləri işlədilmişdir. Bunun səbəbi Quranın iki dəfə nazil olmasıdır: birinci dəfə Qədr gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə nazil olma, ikinci dəfə 23 il ərzində tədricən nazil olma.
3. Quranın bütün məzmunu və hər bir qanunun dəyişməsi xüsusi bir şəraitdə haqdır.
4. Vəhyin nazil olması Allahın rübubiyyət şəni, ilahi tərbiyə şərtidir.
5. Vəhyin nazil olması müsəlmanların sabitqədəmliyinə təsirlidir.
6. Sabitqədəmlik və onun əldə olunması üçün Allahdan yardım diləyək.
7. İmanı dəyərli edən sabitqədəmlikdir.
8. Sağlam ruhiyyə və təslimçilik hidayət və müjdə əldə olunmasında şərtdir.