Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 104-cü Ayə

Surə 16
Ayə 104

Azərbaycan dilində tərcümə

Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.
Ən-Nəhl surəsi , 104-cü ayə
Ən-Nəhl surəsi 104-cü ayə
Tam Surə

Ən-Nəhl surəsi 104-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 104

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Həqiqətən, Allah Onun ayələrinə iman gətirməyənləri hidayət etməz və onlar üçün dərdli əzab var.”
Nöqtələr
Bu ayə ötən ayədəki cavabın davamı ola bilər. Bildirilir ki, əgər nəzərdə dil tutulursa, ərəb olmayan şəxs Peyğəmbərə (s) ərəb dilini necə öyrədə bilərdi? Yox, əgər nəzərdə tutulan Quranın məzmunudursa, bilin ki, Allah dinsiz qövmü hidayət etməz, yəni imansız bir müəllimin ilahi maarifə yolu ola bilməzdi. Özü ilahi maarifdən xəbərsiz olan insan başqasını necə öyrədə bilər?!
Ola bilsin ki, ayədə Peyğəmbərin (s) müəllimi olduğunu uyduranlara xəbərdarlıq edilir. Allah bildirir ki, bu qəbildən olan insanları hidayət etməyəcək.
Bildirişlər
1. Yalançı başqalarını da yalançı sayır.