Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 115-ci Ayə

Surə 16
Ayə 115

Azərbaycan dilində tərcümə

Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.
Ən-Nəhl surəsi , 115-ci ayə
Ən-Nəhl surəsi 115-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 115-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 115

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Allah) yalnız murdarı (murdar olmuş əti), qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsiləni sizə haram buyurmuşdur. Bunlardan yeməyə məcbur olan şəxs itaətsizlik göstərməsə və həddi aşmasa (zəruri həddə yeyə bilər). Çünki Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Bu ayə azca fərqlə "Ənam” və "Nəhl” kimi Məkkə, "Bəqərə” və "Maidə” kimi Mədinə ayələrində də təkrarlanmışdır.
"Həlal” sözündən olan "ihlal” sözü ayı görən zaman səsin qaldırılması mənasını bildirir. Müşriklər heyvanları kəsərkən bütlərin adını çəkirdilər. Bu iş "ihlal” kimi ifadə olunmuşdur.
Bu ayədə bəzi haram qidalar sadalansa da, ayə bütünlüklə haramlara aid deyil. Ayədə Peyğəmbərin (s) Quran tərəfindən tapşırılmış bəzi bəyanlarını da qəbul etməliyik.
Bildirişlər
1. Bir şeyi yalnız Allah haram edə bilər. Kimsə özbaşına, xurafat əsasında halalı haram, haramı halal saya bilməz.
2. Bəzi şeylərin haram buyurulmasında məqsəd onların sağlamlıq üçün təhlükəli olması yox, şirk kimi mənəvi çirkinliklə nəticələnməsidir.
3. İnsanın qidalanması da tövhid əsasında olmalıdır.
4. İlahi qanunlardan sui-istifadə etməyin.
5. İslamda çıxılmaz vəziyyət yoxdur. İnsan bir işə məcbur olduqda günahının cəzası bağışlanır.