Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 117-ci Ayə

Surə 16
Ayə 117

Azərbaycan dilində tərcümə

(Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır. 118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Ən-Nəhl surəsi , 117-ci ayə
Ən-Nəhl surəsi 117-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 117-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 117

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Bütün iftiraların səbəbi dünya əldə etməkdir.) Bu, cüzi bir bəhrədir və onlar üçün dərdli bir əzab vardır.”
Nöqtələr
Bu iki ayədə ilahi qanunlara əsaslanmayan istənilən bir qadağa məhkum olunur və Allaha iftira sayılır. Bu sayaq iftiraların səbəbi dəyərsiz dünya malı əldə etməkdir.
Bildirişlər
1. Halal-haramlara münasibətdə yersiz və əsassız nəzərlərimizi izhar etməyək. (Ya müctehid olaq, ya da müctehidə — din aliminə təqlid edək.)
2. Dində və dinin hökmlərində bidət (özbaşına yenilik) qadağandır.
3. Yalançı nicat tapmaz.
4. Dində bir çox bidətlərin səbəbi dünya matahı əldə etməkdir.
5. Halal-haram hədlərini pozmağın həm dünya, həm axirət əzabı var.