Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 36-cı Ayə

Surə 16
Ayə 36

Azərbaycan dilində tərcümə

Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!
Ən-Nəhl surəsi , 36-cı ayə
Ən-Nəhl surəsi 36-cı ayə
Tam Surə

Ən-Nəhl surəsi 36-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 36

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Həqiqətən, Biz hər ümmət arasında bir peyğəmbər seçdik ki, (xalqa desin:) «Allaha pərəstiş edin və zalım hakimlərdən, Tağutdan uzaq olun.» Xalqın bir dəstəsi Allah tərəfindən hidayət olunanlardır. Bəziləri isə azğınlığa layiqdir. Yer üzündə səfərə çıxın ki, təkzib edənlərin işinin aqibətini görəsiniz.”
Nöqtələr
"Umm” kökündən olan "ümmət” sözü ardıcıllıq mənasını bildirir. Hər hansı şəkildə birliyi olan topluma "ümmət” deyilir. Bu söz Quranda 64 dəfə işlədilmişdir.
"Tağut” "tüğyan” sözünün mübaliğəsidir. Quranda tüğyan və itaətsizlik səbəbi olan şeytan, sitəmkar, təkəbbürlü şəxs, bütlər tağut adlandırılmışdır. Bu söz həm tək, həm də cəmə münasibətdə işlədilir.
Allah bütün insanlar üçün hidayət vasitələri göndərmişdir. Kimi qəbul edib hidayət olunur, kimi inkar edib yolunu azır. Demək, hidayət Allahdan, azğınlıq isə bizdəndir. Bir misal çəkək: yer daim işıq saçan günəşin ətrafında dövr edir. Onun günəşə tərəf olan hissəsi işıqlanır, əks tərəfi qaranlıq qalır. Yer kürəsinin işığı günəşdən, qaranlığı isə özündəndir.
Hər halda Allah ləyaqətini itirməmiş insanın azğınlığını Özünə aid etmir. Quranda buyurulur ki, Allah yalnız fasiqləri, həddi aşanları cəzalandırır.
Bildirişlər
1. Peyğəmbərlər bir irqə, bir məntəqəyə, bir qəbiləyə göndərilməmişlər.
2. Peyğəmbərlərin proqramlarında tövhidə dəvət və Tağutdan uzaqlıq birinci pillədə dayanır.
3. Allahpərəstlik zalım hakimlərə tabeçiliklə bir araya sığmır.
4. İnsan ibadət və Allaha bağlılıqla zalımlara qarşı mübarizə gücü əldə edir.
5. Allah insana yol seçimində azadlıq vermişdir.
6. İnsanın seyr və səfəri ibrət üçün olmalıdır.
7. Tarixdə qanunauyğunluq var, cəmiyyətə hakim qanunlar sabitdir.
8. Quran bəşəriyyəti məqsədli səyahətə dəvət edir.