Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 37-ci Ayə

Surə 16
Ayə 37

Azərbaycan dilində tərcümə

Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
Ən-Nəhl surəsi , 37-ci ayə
Ən-Nəhl surəsi 37-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 37-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 37

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Ey peyğəmbər!) Onların hidayətinə (doğru yola gəlməsinə) hərislik göstərsən də, şübhəsiz, Allah azdırdığı kəsi hidayət etməz. Onlar üçün heç bir yardımçı yoxdur.”
Nöqtələr
Əvvəlki ayənin: "Bir dəstənin inkar və küfr səbəbindən yolunu azması qətidir,” ardınca bu ayədə Peyğəmbərə (s) xitabən buyurulur: "Onlara can yandırma, sənin canıyananlığın əbəsdir. Çünki Allah onların qəlbini möhürləmişdir və hidayət olası deyillər.”
Bəzən problem təbliğatçıda yox, xalqın qabiliyyətində olur, Peyğəmbər məsumdur, onun zəif nöqtəsi yoxdur, ən üstün əxlaqa malikdir və canıyanandır. Bununla belə xalq onu qəbul etmir.
Bildirişlər
1. İnsan bəzən o qədər süqut edir ki, dünyada hidayət, axirətdə qurtuluş qabiliyyətini itirir.
2. Təbliğatçı bilməlidir ki, bir qrup insan heç bir məntiqi qəbul etmir. Belələrinin iman gətirməsini gözləməyə dəyməz.
3. Şəfaət üçün insanın ləyaqəti olmalıdır və şəfaətdən hər kəs bəhrələnə bilmir.