Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 38-ci Ayə

Surə 16
Ayə 38

Azərbaycan dilində tərcümə

Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.
Ən-Nəhl surəsi , 38-ci ayə
Ən-Nəhl surəsi 38-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 38-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 38

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Ən şiddətli şəkildə Allaha and içdilər ki, hər kəs ölərsə, Allah onu diriltməyəcək. Bəli, (ölülərin dirildiləcəyi) Allahın haqq vədidir. Amma xalqın çoxu bilməz.”
Nöqtələr
İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, rəcət (İmam Mehdinin (ə) qiyamı dövründə bir dəstə insanın dirildilməsi) bu ayənin nümunələrindəndir. Amma şiə müxalifləri bu həqiqəti inkar edirlər.
Bildirişlər
1. And sədaqət və düzlük nişanəsi olmaya da bilər.
2. Cəhalət və küfrdən də pisi bu iki iş üzərində isrardır.
3. Tövhid məsələsini məad məsələsindən ayırmaq cahiliyyətə aid əqidədir.
4. Qiyamət və ilahi vəd yeri cəza və mükafat üçündür.
5. Qiyamətdə ölülərin dirildilməsi həqiqətdir.
6. Məadı inkar etməyin kökü cəhalətdir.