Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 39-cu Ayə

Surə 16
Ayə 39

Azərbaycan dilində tərcümə

Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!
Ən-Nəhl surəsi , 39-cu ayə
Ən-Nəhl surəsi 39-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Ölülərin dirildilməsi) xalqın ixtilafda olduğu məsələni aydınlaşdırmaq və küfr edənlərin özlərinin yalançı olduqlarını bilmələri üçündür.”
Nöqtələr
Kafirlər Allahın birliyini, peyğəmbərlərin haqlılığını, qiyamətin bərpasını, əməllərin hesaba çəkilməsini qəbul etmir, bu məsələlərə şübhə ilə yanaşırdılar. Ayədə buyurulur ki, qiyamətdə bütün bu məsələlər aydınlaşar və anlayarlar ki, dünyadakı əqidələri puç olub. Amma bunun nə faydası?!
Bildirişlər
1. Qiyamət günü bütün həqiqətlərin aydınlaşdığı gündür.
2. Küfr yalan və inkar üzərində qurulmuşdur.