Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 40-cu Ayə

Surə 16
Ayə 40

Azərbaycan dilində tərcümə

(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.
Ən-Nəhl surəsi , 40-cu ayə
Ən-Nəhl surəsi 40-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 40-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 40

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Ölüləri diriltmək Bizim üçün çətin deyil, çünki) bir iş görmək istəsək, həqiqətən, həmin iş üçün sözümüz yalnız "ol” deməkdir. O da (yubanmadan) vücuda gələr.”
Nöqtələr
Allah-təala bu ayədə "sözümüz”, "Yasin” surəsinin 82-ci ayəsində "əmrimiz” təbirlərini işlədir. Demək, Allahın əmr və sözü Onun istək və iradəsindən ibarətdir.
Ayədə bildirilir ki, Allah bir işin olması üçün yalnız "ol” əmrini verir. Əslində isə Allahın bir işi görmək üçün söz deməyə ehtiyacı yoxdur. "Ol” sözünün bəyanında məqsəd hadisəni dərk edə biləcəyimiz şəkildə anlatmaqdır.
İnsan öz zehnində təsəvvür yaratmaq üçün bunu istəsə bəs edir. Allahın isə bir şeyi yaratmaq üçün istəyi kifayətdir.
Bildirişlər
1. Əgər istənilən bir iş Allahın bir istəyi ilə baş verirsə, hansı əsasla məada şəkk etməliyik?!
2. Allah mövcudları hər hansı tərkibləri dəyişməklə yox, sadəcə yoxdan var edir.