NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Onlar) Səbir yolunu tutanlar və Rəbblərinə təvəkkül edənlərdir.”
Nöqtələr
Quran müxtəlif ayələrdə hicrət və onun dünya və axirət təsirləri haqqında danışır. Necə ki, "Nisa” surəsinin 100-cu ayəsində buyurulur: "Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çox geniş bir məskən tapar.”
Bu ayədə "hacəru fillah” təbiri işlədilmişdir. Bu isə "Allah yolunda hicrət” təbirindən daha dəqiqdir.
Bildirişlər
1. Dinini yaymaq və ya hifz etmək, eləcə də, canını qorumaq üçün vətənindən, mal-mülkündən keçib hicrət edənlər müvəffəq olur.
2. Əgər zalımla qarşı-qarşıya gəlmək gücü yoxdursa, onun hakimiyyətini qəbul etmək yox, hicrət etmək lazımdır.
3. Hicrət düşmən qarşısında qələbə, səbir və təvəkkül rəmzidir.
4. Sitəmkarlar qarşısında biganələrə yox, imanınıza, təvəkkül və müqavimətinizə arxalanın.
5. Hicrət çətinliklərinə dözmədən qurtuluş əldə olunmur.