Əsas məzmuna keç

Ən-Nisa surəsi - 41-ci Ayə

Surə 4
Ayə 41

Azərbaycan dilində tərcümə

Buna görə də hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!
Ən-Nisa surəsi , 41-ci ayə
Ən-Nisa surəsi 41-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 41-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 41

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bəs necə olacaq o zaman ki, hər bir ümmətdən şahid gətirərik və səni də onlara şahid edərik?!”
Nöqtələr
Həzrət Peyğəmbərin (s) ümmətə şahid olmasını bəyan edən bu ayənin məzmununa başqa yerlərdə də təsadüf olunur.("Bəqərə, 143; "Nəhl”, 89; "Həcc”, son ayə. )
İbn Məsud bu ayəni həzrət Peyğəmbər (s) üçün tilavət edərkən həzrətin gözlərindən yaş axdı.("Təfsire-Kəbire-Fəxr Razi”; "Təfsire-Məraği”; "Səhih Buxari”, Tirmizi, Nəsaidən nəql olunmuşdur. )
Allahın şahidə ehtiyacı olmasa da, şahdlərin çoxluğu insanın tərbiyə və təqvasına təsir göstərir. Mavi ekranda çıxış edən insan milyonlarla tamaşaçının qarşısında olduğundan, əgər asqırsa və ya bir səhvə yol versə, adi vaxtlardakından daha çox xəcalət çəkir.
Quran ayələrinə əsasən, qiyamətdə şahidlər çoxdur: Allah,("Həcc”, 17. ) peyğəmbərlər,("Nisa”, 41. ) məsum imamlar,("Bəqərə”, 143. )mələklər,("Qaf”, 21. ) yer,("Zəlzələ”, 4. ) zaman,("Təfsire-Nurus-səqəleyn”, c. 5, səh. 112. ) bədən üzvləri.("Nur”, 24. )Bəli, qiyamət şahidlərin sıralandığı bir gündür.("Qafir”, 51. )
Allahın qanunu budur ki, hər bir peyğəmbər öz ümmətinə şahid olsun. Demək, İslam peyğəmbərinin vəfatından sonra da aramızda olan bir şəxs bizə şahid durmalıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir əsrdə (dövrdə) biz Əhli-beytdən (ə) olan imam xalqa şahiddir. Peyğəmbər isə bizə şahiddir.”("Nurus-səqəleyn”, c. 1, səh. 399. )
Həzrət Əli (ə) bu ayəni oxuduqdan sonra həmin zümrə haqqında məlumat vermişdir.("Təfsire-bürhan”, c. 1, səh. 380; "Təfsire-Əyyaşi”, c. 1, səh. 242. )
Bildirişlər
1. Peyğəmbərlər dünyada xalq üçün nümunə, axirətdə isə şahiddirlər.
2. Şahid durmaq üçün xəbərdarlıq lazımdır. Peyğəmbərlər bizim işlərimizdən xəbərdardırlar.
3. İslam peyğəmbəri peyğəmbərlərin şərəflisidir. Əgər başqa peyğəmbərlər öz ümmətlərinin əməllərindən xəbərdardırlarsa, İslam peyğəmbəri peyğəmbərlərin də əməllərinə şahiddir.