NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allah zərrə qədərincə də sitəm etməz. Yaxşı iş olsa, onu ikiqat artırar. Öz tərəfindən də böyük mükafat əta edər.”
Nöqtələr
Adətən, zülmün kökü ya cəhalət, ya qorxu, ya ehtiyat, ya da hərislik olur. Amma Allah ehtiyacsız, bilən və pakdır, bu səbəbdən də zülm etmir. Bundan əlavə, Allah-təala Özü ədalət və ehsana çağırmışdır. Necə olar ki, Allah mərhəmətə çağırdığı halda Özü zülm etmiş olsun?! Allahın mükafatı isə görülən xeyir işdən neçə qat artıqdır. Bu mükafat on qatdan yeddi yüz qatadək artıq ola bilər. Bu isə Allahın ehsan və lütfüdür.
Bildirişlər
1. Allah ədalətlidir. Onun cəzalarını doğuran bizim öz əməllərimizdir.
2. Allah günaha münasib cəza verirsə, yaxşı işin mükafatını qat-qat artıq əta edir.
3. Allah mükafatı artırmaqla yanaşı Öz tərəfindən də böyük bir əcr verir.