"möminlər" üçün 6 nəticə tapıldı
Təmizlə
İmam Əli (ə):«Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran.»
İmam Rzadan (ə) ən üstün bəndələr haqqında soruşuldu. İmam (ə) buyurdu: Onlar yaxşılıq edəndə xoşhal olur, pislik edəndə üzr istəyir, əta ediləndə şükür edir, bəla gələndə səbir edir, qəzəblənəndə bağışlayırlar.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən mömin o kəsdir ki, bütün şeylər ondan qorxur. Səbəbi də budur ki, o mömin Allahın dinində izzətli, başı ucadır və heç nədən qorxmur. Bu da hər bir möminin əlamətidir”. (Biharul-ənvar 64/ 305)
İmam Cavad (ə) buyurur: “Möminin üç xislətə ehtiyacı var: Allah tərəfindən olan tofiq və müvəffəqiyyətə, öz daxilindən olan nəsihətçiyə və ona nəsihət edən bir kəsin nəsihətini qəbul etməyə.” (Muntəhəl-amal 2/ 554)
İmam Rza (ə)-ın qulamı Haris ibni Dilhas deyir: İmam Rza (ə) buyurur: Nə qədər ki, bir kəsdə üç xislət yoxdur, o həqiqi mömin deyil: Pərvərdigarından, Peyğəmbərdən və vəlisindən (İmamdan) bir sünnətə malik olmaq. Pərvərdigarının sünnəti Onun sirrini gizlətməkdir (Quran ayəsi: “O (Allah) qeyb aləmini biləndir. Öz qeyb xəbərlərini razı olduğu kəslərdən-Peyğəmbərlərdən qeyrisi üçün aşkar etməz”). Peyğəmbərin sünnəti isə camaatla yaxşı rəftar etməkdir. Çünki Allah-Təala öz Peyğəmbərinə camaatla yaxşı rəftar etməyi əmr edərək buyurur: “Əfv etməyi bacar, yaxşılığa əmr et, cahillərdən üz çevir”. Onun vəlisinin sünnəti isə yoxsulluqla və xoşagəlməz hadisələrdə səbr etməkdir. Çünki Allah-Təala buyurur: “...Pis və xoşagəlməz hadisələrə səbr edənlər...”. (Uyunu əxbarir-Rza (ə) 1/ 256)
Rəsuli-Əkrəm (s) buyurur: “(Həqiqi) mömini sizə tanıtdırımmı? Mömin o kəsdir ki, sair möminlər onu öz mallarınıa və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mömin şəxsə haramdır ki, başqa möminə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun”. (Kafi 2/ 235)