Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

«Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin.»
Kim Allahın dəvətçisini qəbul etməsə, yer üzündə (Allahı) əsla aciz qoya bilməyəcəkdir (Onun səltənətindən qaça və və ya daha üstün qüdrətə sığına bilməyəcəkdir). Onun Allahdan başqa başçı və yardımçıları yoxdur. Belələri aşkar azğınlıq içərisindədirlər.
Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını (qəlb gözü ilə) görmürlər? Bəli, (görürlər və bilirlər ki,) şübhəsiz, O hər şeyə qadirdir.
Kafirlər (Cəhənnəm) od(un)a göstərilən gün (onlara deyiləcək): «Məgər bu haqq deyil?» Onlar deyəcəklər: «Bəli, and olsun Rəbbimizə (ki, haqdır).» (Allah) buyuracaq: «Belə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!
Allah küfr edən, Allahın yolundan üz döndərən və onun qarşısını alan kəslərin əməllərini (xeyir əməllərini axirətdə və şər planlarını dünyada) puç etdi.
(Peyğəmbərlərə nazil olana) iman gətirərək yaxşı işlər görən və Muhəmmədə hamısı Rəbbləri tərəfindən haqq olaraq nazil olana iman gətirənlərin (isə) günahlarını təmizlədi və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırdı.
Bunun (kafirlərin əməllərinin puç edilməsinin və möminlərin vəziyyətlərinin yaxşılaşdırılmasının) səbəbi küfr edənlərin batilə tabe olmaları, iman gətirənlərin isə Rəbbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Allah insanlara (onların) sifətlərini bu cür bəyan edir.
Buna görə də kafirlərlə (müharibədə) qarşılaşan zaman onların boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə (onun əvəzində mal və əsir) alın ki, müharibə, silahını yerə qoysun və yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə və kafirləri möminlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir).
Tezliklə onları (Bərzəx və axirətin kəramətli dərəcələrinə) yönəldəcək və (o dünyada) onların vəziyyət və işlərini yaxşılaşdıracaq.
Və onları (dünyada) tanıtdırdığı, hüdud və sərhədlərini bildirdiyi və onlar üçün bəzəyib ətirlədiyi Cənnətə daxil edəcəkdir.
Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.
Bunun səbəbi onların Allahın nazil etdiyini (vəhy, Qur’an və dini) xoşlamamalarıdır. Beləliklə Allah onların əməllərini (dünyadakı təsirləri və axirət mükafatı baxımından) puç və batil etdi.
Məgər onlar özlərindən qabaq olmuş kəslərin aqibətlərinin necə olmasına nəzər salmaq üçün yer üzündə gəzmədilər?! Allah onların nəyi vardısa (can, ailə və mallarını) məhv etdi və (əlbəttə) o aqibət və cəzaların bənzəri bu kafirlər üçün də olacaqdır.
Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.
Həqiqətən Allah iman gətirib yaxşı işlər görənləri (ev və ağaclarının) altından çaylar axan cənnət və bağlara daxil edəcəkdir. Küfr edənlər isə (dünya ləzzətlərindən) bəhrələnir və heyvanlar kimi yeyirlər (həyatın əsas məqsədini yemək və bəhrələnmək hesab edirlər) və (nəhayət) onların yeri oddur.
Səni çıxartmış cəmiyyətindən daha güclü neçə-neçə cəmiyyətlər var idi. Biz onları məhv etdik. Onlara bir kömək edən (də) yox idi.
Belə isə məgər (işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis əməlləri özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə tabe olan kəslər kimidirlər?!
Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə