"Müşriklər" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Müşriklər" üzrə 150 ayə tapıldı.
(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!
(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.
Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.
müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)
Və (müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.
Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.
Allah (bir malı olmayan və nə özü və malı, nə də ağasının iş və malı barəsində) heç nəyə gücü (ixtiyarı) çatmayıb özü başqasının malı olan qul ilə gözəl (halal və çoxlu) ruzi verdiyimiz və ondan gizlində və aşkarda sərf edən azad şəxsi məsəl çəkib. Məgər bunlar bərabərdirlər? (Allah da öz şərikləri ilə bərabər deyil!) Bütün həmdlər Allaha məxsusdur (çünki, bütün kamilliklər Ona məxsusdur. Müşriklər bunları elm üzündən inkar etmirlər,) əksinə onların çoxu bilmir.
müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.
Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.
Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.
Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna və şirklə mübarizə üsuluna və onun dininin əsaslarına və şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi və müşriklərdən deyildi.
Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.
Və (müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra, tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək) dedilər: «Bizim üçün yerdən (Məkkə torpağından) qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca, sənə əsla iman gətirmərik».
(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».
Və «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün!
Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.
Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır.
150 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
8 Səhifə