Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 116-cı Ayə

Surə 16
Ayə 116

Azərbaycan dilində tərcümə

Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.
Ən-Nəhl surəsi , 116-cı ayə
Ən-Nəhl surəsi 116-cı ayə
Tam Surə

Ən-Nəhl surəsi 116-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 116

MÖHSÜN QƏRAƏTİ
17.12.2025

"Ağzınıza gələn yalanı danışıb Allaha iftira ilə deməyin ki, bu halaldır, bu haram. Çünki Allaha iftira yaxanlar nicat tapmır.”