Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi.
Dedilər: «Bizim tanrılarımıza qarşı bunu (bu böyük hörmətsizliyi) kim edib? Şübhəsiz, o, zalımlardandır.»
(Onların bəziləri) dedilər: «Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir).»
(Digərləri) dedilər: «Onu camaatın gözü qabağına gətirin, bəlkə (bütlər haqqında pis danışmasına və ya bu cinayəti törətməsinə) şəhadət verdilər.»
(Onu gətirəndən sonra) dedilər: «Ey İbrahim, bizim tanrılarımız barəsində bunu (bu çirkin və qorxulu işi) sən etmisən?»
Dedi: «(Xeyr,) əksinə, onu (bu hörmətsizliyi) bu böyükləri edib. Buna görə də əgər danışırlarsa, özlərindən soruşun.»
Belə olan halda onlar (əvvəlcə bir anlıq) özlərinə gəlib ayıldılar və (batində özlərinə və ya bir-birlərinə) dedilər: «Doğrudan da siz özünüz zalımsınız (ki, cansız şeylərə ibadət edirsiniz)!»
Sonra (fikirlərindən) döndülər (və öz əvvəlki əqidələrinə qayıdaraq İbrahimə dedilər:) «Sən bunların heç vaxt danışmadıqlarını yaxşı bilirsən.»
Dedi: «Belə isə, bəs siz Allahın yerinə sizə heç bir xeyir-ziyan yetirməyən şeyəmi ibadət edirsiniz?!»
Dedilər: «Əgər (doğrudan da) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!»
(Nəhayət onu böyük bir oda atdılar. Lakin Biz odun mahiyyətinə) buyurduq: «Ey od, İbrahimə soyuq və zərərsiz ol!»
Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq (çünki İbrahimə nəinki bir zərər-ziyan toxunmadı, əksinə onların bu əməli onun doğruluğuna qəti bir dəlil oldu).
Biz ona və (qardaşı oğlu) Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə (peyğəmbərlərin göndərilmə mərkəzləri və səma dinlərinin yayılma məntəqəsi olan Şam torpaqlarına) doğru hərəkət etsinlər.
Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik.
Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
Və Biz Luta hökm (hikmət, hakimiyyət və hökm çıxarmaq) və (şəriət hökmləri və İbrahimin kitabının təlimlərinin) elm(ini) əta etdik və ona çirkin işlər görən cəmiyyət(in için)dən nicat verdik. Çünki onlar çirkin əməl sahibi və pozğun bir tayfa idilər.
Və Nuhu – onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq.
Biz nişanələrimizi təkzib və inkar edən qövmdən (nicat verməklə) ona kömək etdik. Onlar doğrudan da pis işlər görən bir tayfa idilər. Buna görə də onların hamısını suda batırdıq.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə