"get" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "get" üzrə 118 ayə tapıldı.
Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda fərəhlənər və çox öyünər.
Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) müjdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.
Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O, Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.»
Dedilər: «Ey ata, biz getdik, başımız bir-birimizlə yarışmağa qarışdı. Yusufu da əşyalarımızın yanında qoyduq. Beləliklə, canavar onu yedi. Sən heç vaxt, hətta doğruçu olsaq belə bizə inanan deyilsən».
(Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.
Və peyğəmbərlər (Allahdan) hökm, qurtuluş və zəfər istədilər, (yaxud) kafirlər Allahın əzabını istədilər və (nəhayət) haqqa düşmən olan hər bir itaətsiz təkəbbür sahibi naümid oldu və ziyana uğradı (və qırmızı ya ağ ölümlə küfr halında dünyadan getdi).
«Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
Yaxud onları gündəlik get-gəllərində (ya günah tədbirlər tökdükləri halda) yaxalamasından? Buna görə də, onlar əsla (Allahı öz cəzaları barəsində) aciz qoyan deyildirlər.
«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır).
Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən.
Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»
Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».
Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.
Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı).»
Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı (və Şama tərəf getdi) ona (Bəni-İsrail peyğəmbərlərinin əcdadı olacaq oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik.
118 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə