Hədis Axtarışı

43+ hədis arasında sürətli və dəqiq axtarış edin

Əbu Hüreyrə:«Bir kişi Peyğəmbərin (s) yanına gəlib aclıqdan
şikayətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə göndərdi.
Amma onlar dedilər:«Sudan başqa bir şeyimiz yoxdur.» Peyğəmbər (s)
buyurdu:
« Bu kişini bu axşam kim qonaq aparar?» Əli ibn əbu Talib (ə)
dedi:«Ey Allahın Peyğəmbəri, mən onu qonaq apararam.» Sonra Fatimənin
(s.ə.)
yanına gəlib dedi:«Ey Allahın Peyğəmbərinin qızı, yeməyə nəyin var?»
Fatimə dedi:«Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı
özümüzdən üstün tutar, qabağa salarıq.» Həzrət buyurdu:«Ey Məhəmmədin
qızı
! Uşaqları yatızdır və çıraqları söndür.» Əli (ə) səhər Peyğəmbərin (s)
yanına gəlib baş verənləri Həzrətə danışandan sonra çox keçmədi ki, Allah-taala
«…özlərindən üstün tutarlar . . . . . .» ayəsini nazil etdi.»

İmam Əli (ə):«Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib,
müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya
atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona
çatmasının səbəblərini hazırlayıb).»
Mənbə: Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh. 21 Əcəl
İmam Əli (ə):«Səxavətliliyin ən üstünü fədakarlıqdır.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür.
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Əli (ə):«Fədakarlıq ən ali insani sifətdir.»
Mənbə: Mizanul – hikmət Fədakarlıq
İmam Rza (ə): Hakimlər yalan danışanda yağış yağmaz, başçının zülmü dövləti rüsvay edər. Malın zəkatı verilməsə mal-qara məhv olar.
İmam Rzadan (ə) dünya xoşbəxtliyi haqqında soruşdular. Buyurdu: Evin genişliyi və dostların çoxluğu dünya xoşbəxtliklərindəndir.
İmam Rza (ə): Yoxsulla rastlaşanda varlılarla salamlaşdığından fərqli salamlaşan insan qiyamət günü Allahın qəzəbinə gələr.
İmam Rzadan (ə) ən üstün bəndələr haqqında soruşuldu. İmam (ə) buyurdu: Onlar yaxşılıq edəndə xoşhal olur, pislik edəndə üzr istəyir, əta ediləndə şükür edir, bəla gələndə səbir edir, qəzəblənəndə bağışlayırlar.
İmam Riza (ə) : İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq.
İmam Riza (ə) : İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq.

Populyar Mövzular

Ən çox axtarılan mövzular

Fədakarlıq 12 İcarə 8 Möminlər 5 Əhli-Beytə (ə) məhəbbət 4 Əcəl 4 Əxlaq 3 iman 3 Haram məclislər 1 Təqva 1 Xoşbəxtlik 1 Ədalət 1

Populyar Açar Sözlər

Ən çox axtarılan açar sözlər

Toplam 7 açar söz | Açar sözlər üzərində klik edərək hədisləri axtara bilərsiniz