İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.»
İmam Əli (ə):«Əcəl möhkəm qaladır.»
İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.»
İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) muzdu təyin edilməmişdən qabaq
fəhlə işlətməyi qadağan edib.»
fəhlə işlətməyi qadağan edib.»
Həzrət Peyğəmbər (s):«Fəhlənin zəhməthaqqını onun təri qurumamış
verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»
verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»
Həzrət Peyğəmbər (s):«Fəhlənin zəhməthaqqını onun təri qurumamış
verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»
verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»
Həzrət Peyğəmbər (s):«Muzd alanın (fəhlənin) muzdunu kəsmək böyük
günahlardandır.»
günahlardandır.»
Həzrət Peyğəmbər (s):«Allah muzd alanın (fəhlənin) muzdunu kəsən
şəxsin əməlini puç və ətri beş yüz illik məsafədən hiss olunan Cənnətin iyini
ona haram edər.»
şəxsin əməlini puç və ətri beş yüz illik məsafədən hiss olunan Cənnətin iyini
ona haram edər.»
Məhəmməd ibn Müslim:«İmam Baqir və ya İmam Sadiqdən (ə) soruşdular:«Bir şəxs iş götürür, amma onu özü yerinə yetirmir başqasına həvalə edir və ortada xeyir götürür.»Buyurdu:«Özü də həmin işin bir qədərini görməsə, xeyr. (bu düzgün deyil)!»
Əmmar Sabati:«Əbu Abdullaha (İmam Sadiqə (ə)) dedim:«İnsan ticarət edib özünü belə bir şəkildə icarəyə verə bilərmi ki, alver etdiyi miqdarda ona (pul) verilsin?» Buyurdu:«Özünü muzda satmasın, əksinə, Allahdan ruzi istəsin və ticarətə başlasın. Çünki əgər muzdla işləsə öz ruzisinə mane olub.»
İmam Əli (ə): «Onların ruzilərini aralarında biz bölüşdürürük» ayəsi barəsində buyurub- «Pak və müqəddəs Allah bu ayə ilə bizə insanların dolanacaq yollarından birinin icarə olmasını xəbər verdi. Çünki, Allah öz hikməti əsasında insanları istək, əzmkarlıq və digər cəhətlərdən fərqli yaradıb və bu məsələni yaradılmışların dolanışığının dayaq nöqtəsi edib. Ona görə də bir şəxs digərini (onun əmək qüvvəsini) icarə edir. . . . əgər bizlərdən biri özü üçün bənnalıq, xərratlıq, yaxud digər sənət sahiblərinin işlərini görməyə məcbur olsa, onda dünyanın işləri düzəlməz. İnsanların buna imkanı da yoxdur və heç cür bunu edə bilməzlər. Lakin, Allah onların istəyini müxtəlif etdi, hər kəsin meylini bir işə saldı ki, həmin işi başqaları üçün də görsün və hər biri başqasının köməyi ilə vəziyyətinə uyğun olaraq məişət işlərini irəli aparsın. Beləliklə, Allah dəqiq bir tədbir tökübdür.»
İmam Sadiq (ə):«Fatimənin (ə. s) evində bir az arpa var idi və o, ondan quymaq hazırladı. Yemək hazır olandan sonra onu qarşılarına qoydular (ki, yesinlər). (Birdən) Bir yoxsul gəlib çıxdı və dedi:«Allah sizə rəhm etsin!» Əli (ə)durub yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir yetim gəlib dedi:«Allah sizə rəhm etsin!» Əli (ə) durub yeməyin digər üçdə bir hissəsini ona verdi. Sonra bir əsir gəlib dedi:«Allahın rəhmi olsun sizə!» Əli (ə) durub yeməyin qalan üçdə birini də ona verdi və özü həmin yeməkdən heç dadmadı.
Sonra Allah onların barəsində bu ayəni nazil etdi və həmin ayə Allaha görə belə bir fədakarlıq edən hər bir möminə də şamildir.»
Əbuttufeyl:«Əli (ə) xoşu gələn bir paltar aldı. Sonra onu sədəqə verib buyurdu:«Allahın Peyğəmbərindən(s) eşitmişəm ki, «hər kim fədakarlıq edərək başqasını özündən qabağa salsa, Allah Qiyamət günü ona Cənnəti bağışlayar.»
Ayişə:«Allahın Peyğəmbəri (s) dünyadan köçənə kimi heç vaxt üç gün
dalbadal doyunca yemək yemədi. Əgər istəsəydi, doyunca yeyə bilərdi. Amma
başqalarını özündən üstün tutur, qabağa salırdı.»
dalbadal doyunca yemək yemədi. Əgər istəsəydi, doyunca yeyə bilərdi. Amma
başqalarını özündən üstün tutur, qabağa salırdı.»
İmam Əli (ə):« Azad insanlar fədakarlıqla qul edilirlər.»