Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.
Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.
De: Azğınlıq içində olan şəxsə (öz azğınlıq və bədbəxtliyini kamilləşdirmək üçün) müəyyən bir müddətədək, kömək etmək və möhlət vermək Rəhman olan Allahın öhdəsinədir. Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə kimin yerinin daha pis və qoşununun daha zəif olduğunu başa düşəcəklər.
Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.
Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!
Məgər o qeybdən (dünyanın gələcəyindən və ya axirətin gizli saxlanılan işlərindən) xəbər tutub, yoxsa Allahdan bir əhd-peyman alıb (və buna görə qəlbi rahatdır)?!
Belə deyil! Tezliklə onun dediklərini yazacağıq (yaxud yazdıqlarımızı ona təqdim edəcəyik və ya onları onun barəsində həyata keçirəcəyik) və onun üçün (axirət) əzabı(nı) sonsuz şəkildə uzadacağıq.
Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.
Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.
Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.
(Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.
(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
(Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.
Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə