"Yalan" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yalan" üzrə 126 ayə tapıldı.
Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.
«Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»
Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin.»
İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.
(Ya Peyğəmbər!) Budur (İbrahimə və sənə yazdığım həcc)! Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun.
Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.
Beşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Bu şəhadətdən sonra kişi üçün şahidsiz irəli sürdüyü ittihama görə şəriətdə nəzərdə tutulmuş cəza hökmü götürülür və qadın məhkum olunur.)
İttiham edilən qadından (da) əzabı (şəriətdə təyin edilmiş cəzanı) «o kişi (ona zina nisbət verməkdə) həqiqətən yalançılardandır» deyə dörd dəfə Allaha şəhadət verməsi götürür.
Şübhəsiz, o böyük böhtanı (Peyğəmbərin – səlləlahu əleyhi və alihi və səlləm – zövcələrindən birinə pis iş isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil və yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münafiqlərin rüsvay olmalarına səbəb olur.) Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan və daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır.
Nə üçün ona (həmin ittihama) dörd kişi şahid gətirmədilər?! Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar. (Çünki şahid olmayan təqdirdə hətta insanın özü bilsə belə zina isnad vermək şəriət və axirət cəzası baxımından yalan hökmündədir.)
Kafirlər dedilər: «Bu (Qur’an), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.
(Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.
O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər;
Firon dedi: «Ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman, (işin məlum olması üçün) palçıq üzərində od qala (və kərpic bişir), mənim üçün uca bir bina tik, bəlkə Musanın tanrısını görəm (ya ulduzların vəziyyətindən Onun varlığını dərk edəm). Əlbəttə, mən onu yalançılardan hesab edirəm».
126 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə