"ya" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ya" üzrə 3735 ayə tapıldı.
Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxslərin, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!
De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram.» Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.
Əgər Rəbbinin əzabından onlara azacıq toxunsa, şübhəsiz, «vay olsun bizə, həqiqətən biz zalım idik» deyəcəklər.
Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.
Həqiqətən Biz Musa ilə Haruna haqqı batildən ayırmaq vasitəsi, (qəlblərə və insanların mənəvi yoluna) aydınlıq (gətirən) və təqvalılar üçün öyüd-nəsihət (səma kitabı Tövratı) verdik.
O kəslər (üçün) ki, gözlərin görmədiyi Rəbblərindən [və ya: xəlvətdə olanda da Rəbblərindən] qorxur və Qiyamətdən də vahimədədirlər.
Nazil etdiyimiz bu (Qur’an bəşər cəmiyyəti üçün dünya və axirət baxımından) çox bərəkətli bir öyüd-nəsihətdir. Belə olan halda siz onu inkar edirsiniz?!
Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik.
O zaman (İbrahim) öz atasına (qaynatasına, yaxud əmisinə, yaxud da ana babası Azərə) və öz qövmünə dedi: «Bu heykəllər nədir ki, siz həmişə təzim və itaətkarlıqla onlara ibadətlə məşğulsunuz?!»
Dedilər: «Biz atalarımızı onlara ibadət edən görmüşük (və biz də onlara tabe olaraq həmin heykəllərə ibadət edirik).»
Dedi: «(Zarafat etmirəm,) əksinə, sizin Rəbbiniz göylərin və yerin onları yaratmış Rəbbidir (sizin, göylərin və yerin ayrı-ayrı tanrı və rəbbinin olması, Allah-təalanın isə Rəbbul-ərbab olması xülyası tamamilə səhvdir). Mən bu həqiqətə şəhadət verənlərdənəm.
(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam.»
Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi.
Dedilər: «Bizim tanrılarımıza qarşı bunu (bu böyük hörmətsizliyi) kim edib? Şübhəsiz, o, zalımlardandır.»
(Onların bəziləri) dedilər: «Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir).»
(Digərləri) dedilər: «Onu camaatın gözü qabağına gətirin, bəlkə (bütlər haqqında pis danışmasına və ya bu cinayəti törətməsinə) şəhadət verdilər.»
(Onu gətirəndən sonra) dedilər: «Ey İbrahim, bizim tanrılarımız barəsində bunu (bu çirkin və qorxulu işi) sən etmisən?»
Dedi: «(Xeyr,) əksinə, onu (bu hörmətsizliyi) bu böyükləri edib. Buna görə də əgər danışırlarsa, özlərindən soruşun.»
3735 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
187 Səhifə