"İl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "İl" üzrə 3852 ayə tapıldı.
Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.
Beləliklə (Musa) onu (əsanı yerə) atdı. O dərhal sürətlə hərəkət edən qorxulu və zəhərli bir ilan oldu.
(Bu iki möcüzəni) Özümüzün böyük nişanələrimizdən bəzilərini sənə göstərmək üçün (təqdim etdik).
ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.
(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.
O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
Dedilər: Ey Rəbbimiz! Biz (ilahi tapşırığın çatdırılmasından qabaq) onun bizə qəzəblənərək cəzalandırmasından və ya (küfr və zülmkarlıqda) həddini aşmasından qorxuruq.
Buna görə də onun yanına gedin və deyin: Həqiqətən biz sənin Rəbbinin elçiləriyik. Odur ki, İsrail övladlarını (buraxıb) bizimlə birlikdə göndər və onlara işkəncə vermə. Həqiqətən biz sənə Rəbbin tərəfindən bir nişanə və möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!
Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Hər bir meyvə və toxumun yaradılacağı maddəyə tədricən həmin növün şəklini verib və sonra onları yaradılışlarında öz əlamət və xüsusiyyətlərinə tərəf yönəldib. Həmçinin hər bir heyvanın nütfəsinə tədricən onun növünün şəklini verib və sonra onu qüvvələrinin tələbinə müvafiq olaraq yaradılışla hədəfinə doğru yönəldib. Ağıl sahiblərinə ümumilikdə pis və yaxşını dərk etmək qüvvəsi verib və sonra onları şəriət yolu ilə dinin maariflərinə tərəf istiqamətləndirib.)
Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
Belə isə sənə öz cadun kimi bir cadu gətirəcəyik. Buna görə də bizimlə öz aranda hamar və (fasiləsi həm bizimlə, həm də səninlə) bərabər olan bir yerdə nə bizim, nə də sənin pozmayacağın müəyyən bir vaxt qoy.
3852 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
193 Səhifə