"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.
Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.
(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
(Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.
Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün.
Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.
Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
Bunu (Qur’anı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
Ta Ha. (Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd! Ey pak qəlbli və yol göstərən böyük insan! Namaz vaxtı hər iki ayağını yerə qoy.)
Biz Qur’anı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlər etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik.
Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).
Rəhman olan Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur.
Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə