"y" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "y" üzrə 5697 ayə tapıldı.
Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün.
ylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.
Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər.
Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
Bunu (Qur’anı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?
Ta Ha. (Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd! Ey pak qəlbli və yol göstərən böyük insan! Namaz vaxtı hər iki ayağını yerə qoy.)
Biz Qur’anı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlər etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik.
Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).
ylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında (və yer kürəsində) olanlar(ın hamısı) Ona məxsusdur (onların hamısının yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun istək və qüdrətinə tabedir).
Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.
5697 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
285 Səhifə