Əl-Kəhf ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Kəhf ‏ surəsi" üzrə 110 ayə tapıldı.
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?»
Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın.»
110 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə