"Allah" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Allah" üzrə 2426 ayə tapıldı.
(Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.
(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
(Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.
Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.
Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
Rəhman olan Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur.
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!
(Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm.
Həqiqətən bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.
(Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır?
Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
(Onlardan özünüz) yeyin və heyvanlarınızı otarın. Həqiqətən bunda (bu xüsusi yaradılışda) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) bir (sıra) nişanələr vardır.
Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
2426 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
122 Səhifə