"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.
Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!
Göylərdə və yerdə olan hər bir şey və hər bir kəs Ona məxsusdur (çünki yaratmaq, idarə etmək və yox etmək – bunların hamısı – Onun ixtiyarındadır). Onun yanında olanlar (mələklərdən, həmçinin insan və cinlərin əməlisalehlərindən Onun dərgahına yaxın olanlar) Ona ibadət etməkdən heç vaxt boyun qaçırmazlar və heç vaxt yorulmaz, zəif düşməzlər.
Yoxsa onlar yerdən (insanları dünyada yaradan və axirətdə) dirildən məbudlar (büt və cinlər) götürüblər?!
Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.
Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər.»
Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa bir məbud yoxdur, buna görə də (yalnız) Mənə ibadət edin» (deyə) vəhy etməyək.
(Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ağılın, peyğəmbərlərin və səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar (mələklər) möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir.)
Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər.
Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar.
Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.
Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.] Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!
Yerin onları silkələməməsi üçün yer üzündə möhkəm və sabit dağlar qoyduq və onda (yerdə və ya dağların arasında) geniş yollar yaratdıq ki, bəlkə (öz məqsədlərinə) yol tapdılar.
Və göyü (onların başı üzərində uçub dağılmaqdan, şeytan və cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət və əzəmətimizin) nişanələrindən üz döndərirlər.
Gecə, gündüz, günəş və ayı (da) yaradan Odur. (Onların) hər biri bir çevrədə üzür. (Gecə ilə gündüzün çevrəsi yerin səthi, günəşin çevrəsi kəhkəşanların dərinlikləri və ayın çevrəsi yerin dövrəsidir.)
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə