"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
(Beləliklə ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik.
(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, təqvalı (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.
(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.
Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda
Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.
Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.
Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.
(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.
Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.
Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.
(Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən.
Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.
(Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddə olduqları (həmin) o haqq kəlmədir.
Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə