"iman" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "iman" üzrə 639 ayə tapıldı.
De: «Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.
Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.
(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).
(Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
Və (müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra, tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək) dedilər: «Bizim üçün yerdən (Məkkə torpağından) qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca, sənə əsla iman gətirmərik».
«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).
İnsanlara hidayət (Peyğəmbərin və Qur’anın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)
(Bu Qur’anı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən).
(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».
(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).
Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!
Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»
Və de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə də pis içkidir və necə də pis bir məkandır!»
Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.
İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı.
«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq).»
Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
639 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
32 Səhifə