"İl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "İl" üzrə 3852 ayə tapıldı.
Beləliklə Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, bağ yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri bağ sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dağları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.
Şeytanların bəziləri onun üçün dalğıclıq edir, bundan başqa (şəhərlər salmaq, saraylar tikmək kimi digər) işlər də görürdülər. Və Biz onları həmişə (itaətsizlikdən və təbiətlərində olan xəbisliklərin ardınca getməkdən) qoruyurduq.
Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).
Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər.
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşağı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.
(Ey insanlar!) Şübhəsiz bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir tayfa və bir millətsiniz [yaxud: Peyğəmbərlərin dəvət etdikləri bu tovhid dini sizin dininizdir, bütün bəşəriyyət üçün yeganə dindir]. Və Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin.
Lakin onlar öz (din və şəriət) işlərini öz aralarında parça-parça etdilər (hər bir dəstə onun bir parçasını bidətlərlə qarışdıraraq özü üçün din etdi və bütpərəst, yəhudi, xaçpərəst, zərdüşt, sabii və digər dinlərə bölündü). (Nəhayət sabah, Qiyamət günü) hamılıqla Bizə tərəf qayıdacaqlar.
Buna görə də kim mömin olaraq yaxşı işlər görsə onun səyləri əsla itirilməyəcəkdir və Biz şübhəsiz, onları yazırıq.
(İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yə'cuc ilə Mə'cuc(un yolu) açılana və onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi (davam e)dir.
(Həmin gün kafirlərə xitab edilər ki:) «Həqiqətən siz və Allahın yerinə ibadət etdikləriniz (bütlər, şəkillər, ulduzlar və digər şeylər) Cəhənnəmin odunusunuz, siz hamınız ona daxil olacaqsınız.»
Əlbəttə, tərəfimizdən (dünyadakı imanlarına görə) yaxşılıq (vədi verilib) keçmiş (bağışlanma, şəfaət və Cənnət vəd etdiyimiz) kəslər, həmin oddan uzaq saxlanılacaqlar.
(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.
Həqiqətən bunda (bu surədə və ya kitabın içindəkilərdə) Allaha ibadət edən dəstə üçün son məqsədə (və sağlam din və dünyaya) çatmaq vasitəsi vardır.
De: «Həqiqətən mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Belə isə siz (bu sözün müqabilində) təslim olacaqsınızmı?»
Əgər üz döndərsələr de: «Sizə bərabər şəkildə elan və xəbərdarlıq etdim. Sizə vəd olunan şeyin yaxın yoxsa uzaq olmasını (isə) bilmirəm.»
O, aşkar sözü (sizin İslamdan eyb axtarmağınızı, ona tənə vurmağınızı və istehza etməyinizi) də bilir, sizin gizlətdiklərinizi də (İslamla düşmənçilik etməyinizi, onu məhv etmək üçün plan hazırlayıb hiylələr qurmağınızı da).
3852 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
193 Səhifə