Məryəm surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Məryəm surəsi" üzrə 98 ayə tapıldı.
Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.
(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.
Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.
Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.
Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.
Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.
(Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən.
(Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq?!
(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.
Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.
Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.
(Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddə olduqları (həmin) o haqq kəlmədir.
Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
Beləliklə onların arasından dəstələr (xaçpərəstlər onun barəsində) ixtilafa düşdülər (bəziləri onun Allah olmasını, bəziləri isə Allahın oğlu olmasını iddia etdilər). Buna görə də vay (onun barəsində ifrata varmaqla) küfr etmiş kəslərin böyük gündəki halına!
Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
(Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər.
Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.
98 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə