"Ağ" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "" üzrə 1586 ayə tapıldı.
De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz.
(Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ılın, peyğəmbərlərin və səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar (mələklər) möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir.)
Söhbətdə heç vaxt Allahdan qaba keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər.
Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer blı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, aclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik.] Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!
Yerin onları silkələməməsi üçün yer üzündə möhkəm və sabit dlar qoyduq və onda (yerdə və ya dların arasında) geniş yollar yaratdıq ki, bəlkə (öz məqsədlərinə) yol tapdılar.
Və göyü (onların başı üzərində uçub dılmaqdan, şeytan və cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət və əzəmətimizin) nişanələrindən üz döndərirlər.
Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və slamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız.
Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxslərin, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!
Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmımız kifayətdir.
Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik.
(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacam.»
(Digərləri) dedilər: «Onu camaatın gözü qabına gətirin, bəlkə (bütlər haqqında pis danışmasına və ya bu cinayəti törətməsinə) şəhadət verdilər.»
Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu məsələnin hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar ba dəymiş xəsarətə görə b sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik.
Beləliklə Biz onu (əvvəlki hökmü ləğv edən yeni hökmü) Süleymana öyrətdik (ki, b yenidən yarpaqlayana və bar gətirənə kimi qoyunların özü deyil, gəliri b sahibinin olsun). Və Biz onların hər ikisinə hökm (peyğəmbərlik, qəzavət və hakimiyyət) və elm (din elmi və insanlara lazım olan digər elmlər) əta etdik. Dları və quşları ram etdik ki, Davudla birlikdə (Allahı) pak sifətlərlə mədh etsinlər. Biz (istədiyimizi) edənik.
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.
Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).
Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.»
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğma) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.
Və öz iffətini (halal və haramdan) qorumuş o qadını (Məryəmi də yada sal). Biz ona Öz ruhumuzdan üfürdük (və onun bətnində bir oğlan uşı yaratdıq). Onu və oğlunu (oğlunun yaradılmasını, peyğəmbərliyini, kitabının yayılmasını, müxtəlif növ möcüzələrini və ömrünün uzunluğunu) aləmdəkilər üçün (Öz tovhid, əzəmət və qüdrətimizin) bir nişanə(si) etdik.
1586 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
80 Səhifə