"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
(Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!
Və əlbəttə, Biz Musaya vəhy etdik ki, bizim bəndələrimizi (Misirdən) gecə hərəkət etdir və onlar(ın keçmələri) üçün dənizdə (Nil çayında onu yarmaqla) bir quru yol aç ki, çatmaqdan (fironçuların gəlib çatmalarından) qorxmayasan və batmaqdan çəkinməyəsən.
Beləliklə Firon qoşunu ilə birlikdə onları təqib etdi. (Musanın qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı).
Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik.
Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.
Həqiqətən Mən (şirkküfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)
(Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?
Dedi: İndi onlar da mənim arxamca gəlirlər. Ey Rəbbim, mən Sənə tərəf tələsdim ki, məndən razı qalasan.
Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?
Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.
Beləliklə (Samiri) onlar üçün (ərimiş zinət əşyalarından) böyürən bir buzov heykəli (hazırlayıb) çıxartdı. (O və dindaşları) dedilər: Bu sizin və Musanın Allahıdır, (Musa) onu unudub (ardınca Tur dağına gedib. Yaxud: Samiri Allahı unutdu və camaatı buzova sitayiş etməyə məcbur etdi).
Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
Dedilər: «Musa bizim yanımıza qayıtmayınca biz bundan (bu buzova ibadət etməkdən) ayrılmayacağıq.»
ki, mənə tabe olasan (və onların şirklərinin qarşısını alasan)? Mənim əmrimə itaətsizlik etdin?»
Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi.»
Musa dedi: «Belə isə (camaatın arasından) çıx və sənin həyatdan payın mütləq «mənə toxunmayın» deməkdir (yoluxucu xəstəliyə görə hamı səndən qorxacaq və ya ruhi xəstəliyə tutularaq sən hamıdan qorxacaq və hamıya «mənə toxunmayın» deyəcəksən). Əlbəttə, sənin üçün barəndə xilaf çıxılmayacaq vədə vaxtı da vardır. İndi, (ibadətindən) heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcəyik
Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
(Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.
Ondan üz döndərən kəs şübhəsiz, Qiyamət günü çiynində (küfr əqidəsi və günah əməllərindən ibarət) ağır bir yük çəkəcəkdir.
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə