"Əl-kəhf" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-kəhf" üzrə 110 ayə tapıldı.
Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.
Elə ki, (o yerdən) keçdilər (Musa) öz şagirdinə dedi: «Səhər yeməyimizi gətir, həqiqətən bu səfərimizdə çox əziyyət(lər) gördük».
Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı).»
Musa dedi: «Bu (balıq məsələsi), bizim axtardığımız həmin şey(in əlaməti)dir». Onlar axtara-axtara gəldikləri yolun izi ilə geriyə qayıtdılar.
Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.
Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»
(Axı sən batin və həqiqətini) bilmədiyin (zahiri çirkin və ağıla zidd görünən) bir şeyə necə səbr edə bilərsən?»
Dedi: «Tezliklə, Allahın istəyi ilə məni(m) səbrli (olduğumu) görəcəksən və heç bir əmrində sənə itaətsizlik etməyəcəyəm.»
Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, gəmiyə mindilər (Xızr balta ilə) onu deşdi. Musa dedi: «Gəmini deşdin ki, onun adamlarını suda qərq edəsən?! Doğrudan da böyük bir faciə törətdin!»
Dedi: «Məni unutduğum şeyə (bir şey soruşmamaq barəsində verdiyim vədi unutduğuma) görə məzəmmət etmə və məni işimdə məşəqqət və çətinliyə vadar etmə.»
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»
Dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, daha mənimlə yoldaşlıq etmə. Çünki həqiqətən mənim yanımda (qəbul olunan) üzrün var.»
Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Əgər istəsəydin, əlbəttə bu əmələ görə bir muzd alardın!»
Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»
Gəmiyə gəldikdə: O, dənizdə işləyən yoxsulların idi. Mən onu nöqsanlı etmək istədim, çünki onların yolunun üstündə bütün (salamat) gəmiləri zorla ələ keçirən bir padşah var idi.
O yeniyetmə oğlana gəldikdə isə: (O, kafir və azğın,) ata-anası (isə) mömin idilər. Buna görə də, onun o ikisini (ata-anasını əməldə) azğınlığa və (etiqadda) küfrə vadar etməsindən qorxduq.
110 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə