Taha ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Taha ‏ surəsi" üzrə 135 ayə tapıldı.
Onlar onda (günah yükünün altında) əbədi qalacaqlar. Və o, Qiyamət günü onlar üçün necə də pis bir yük olacaqdır.
(İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (Məhşər səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq.
Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız.»
Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)
Və səndən dağlar(ın taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir.»
Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər. Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən.
Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.
Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər.
(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.
Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!
Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Qur’an olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Qur’an) onlar üçün yeni bir ibrət gətirsin.
Buna görə də varlığın mütləq sahib və hökmdarı, haqq və sabit olan Allah pak və ucadır. Qur’anın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə və «ey Rəbbim, mənim elmimi artır!» de.
Həqiqətən Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o unutdu və Biz onda (möhkəm) əzm görmədik.
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.
Onda Biz buyurduq: «Ey Adəm, həqiqətən bu (İblis) sənin və zövcənin düşmənidir. Buna görə də məbada sizi bu Cənnətdən çıxarsın, nəticədə (yaşayışının idarə edilməsində) əzab-əziyyətə düşəsən».
Beləliklə Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»
135 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə