"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.
Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!
Və onlara birinə (kafir olana) iki üzüm bağı əta etdiyimiz, hər ikisinin (hər iki bağın) ətrafını bütünlüklə xurma ağacı ilə əhatə etdiyimiz və o ikisinin arasını əkin yeri etdiyimiz iki kişini (mömin və kafiri) məsəl çək.
Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq.
Və o kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə (təkəbbür və haqdan qafil olması üzündən) söhbət edərkən (yoxsul) yoldaşına dedi: «Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür.»
(Əqidə və əməlinin pisliyi baxımından) özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm.»
«Həmçinin Qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam».
Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir).
Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)».
«Ola bilsin Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin və göydən sənin bağına (məhv edən) dolular göndərsin, nəticədə o, otsuz və sürüşkən hamar bir torpağa çevrilsin.»
(Nəhayət o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağın divarları tənək çardaqlarının üstünə uçmuş halda, onun yolunda xərclədiklərinə görə (təəssüfdən) ovuclarını ovuşdurur və (elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!»
Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).
Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir.»
Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.
Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq.
Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»
Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir.
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə